AZ

Çində 20 il həbsdə olmuş şəxs qurbanın evinin qarşısında təntənəli ziyafət təşkil etdi – ÖZƏL

Çində qətl səbəbilə 20 il həbsdə olan şəxs azadlığa çıxdıqdan sonra qurbanın evinin yaxınlığında böyük ziyafət təşkil edib. 

Olaylar.az xəbər verir ki, bu haqda South China Morning Post yazır. Məlumata görə, bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Hadisə qurbanının oğlu Syanın sözlərinə görə, onun atasını qonşusu qətlə yetirmək üçün üç killer tutub. Qurban olan 39 yaşlı kişi öz yataq otağında öldürülüb və sübutları gizlətmək üçün cəsədi yandırılıb. Qətldən sonra ailənin üzvləri bir müddət qonşunun onları izlədiyini hiss ediblər.

Cinayətdə iştirak edən dörd nəfərdən ikisi edam edilib, digərləri isə 20 il həbs cəzası alıb. Həbsdən azad olunan qətlin təşkilatçısı azadlıq günündə evinin qarşısında 18 banket masası qurub və maşından qırmızı xalça üzərindən çıxaraq qonaqlarını petardaların səsi altında qarşılayıb. Bu görüntülər tez bir zamanda sosial şəbəkələrdə yayılıb.

Syan baş verənlərə münasibət bildirərək deyib:
"Əgər fürsətim olsaydı, qatil ilə danışmaq istəyərdim. Məqsədim qəzəbimi göstərmək deyil, onun niyə iki ailəyə bu qədər ağrı yaşatmaq qərarını verdiyini anlamaq idi. Amma onun azadlıq günündə açıq-aşkar təxribat və hədsiz kinlə qarşılaşdım."

Yerli polis və hökumət nümayəndələrinin müdaxiləsindən sonra ziyafət dayandırılıb. Azadlığa buraxılan şəxslə "maarifləndirmə söhbətləri" aparıldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr