AZ

Hərbi prokuror DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfəhakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentİlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası vəCOP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirməilə əlaqədar hərbi prokuror Xanlar Vəliyev Daxili İşlərNazirliyinin (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsindəhərbi qulluqçularla görüş keçirib.

Hərbi Prokurorluqdan Trend-ə bildirilib ki, Azərbaycan RespublikasıBaş prokurorunun müavini - hərbi prokuror, ədliyyəgeneral-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğunrəhbər vəzifəli şəxsləri və DİN-in Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçularının Quba rayonunda rayon rəhbərliyi iləbirgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin vəşəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz vəunudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlararəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev,Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilabMuradov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovçıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandırandünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycanınparlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidəzamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezidentİlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülmüşmüstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardandanışıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasındanvə etibarlı qorunmasından söz açılıb.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsindədövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədənAzərbaycanda keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən vəuğurla təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqındaqanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçininekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən vəməsuliyyətdən bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndiriciməzmunlu çıxışlar olub. Onları maraqlandıran suallarcavablandırılıb. Eləcə də hərbçilərin məişət və xidmət şəraiti,həmçinin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Seçilən
12
49
az.trend.az

10Mənbələr