AZ

Bu ölkə müharibəyə hazırlaşır: Bomba sığınacaqları artırılır

Almaniya hakimiyyəti ölkədə bomba sığınacaqlarını genişləndirmək planı hazırlayır.

Piblika.az “Bild” nəşrinə istinadən xəbər verir ki, alman hakimiyyət orqanları tərəfindən hazırlanan plana uyğun olaraq, hava hücumundan müdafiə sığınacaqlarının genişləndirilməsi binaların və şəxsi tikililərin nəzdində həyata keçirilməlidir.

Bildirilir ki, hazırda Almaniyada ictimaiyyət üçün açıq olan bomba sığınacaqlarının çatışmazlığı var. Qəzet bu gün onların 579 olduğunu və 83 milyon əhalisi olan ölkədə cəmi 500 min nəfəri yerləşdirə bildiyini vurğulayıb.

Seçilən
31
18
publika.az

10Mənbələr