AZ

Premyer Liqada qalmaq üçün FANTASTİK MÜKAFAT ayrıldı!

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Səbail»ə ayrılan yeni mükafat fondu dəqiqləşib.

İlk 14 turda cəmi 8 xal toplayan və turnir cədvəlinin 9-cu pilləsində yer alan «dənizçilər» əməlli-başlı pul gözləyir.

Belə ki, klubun himayədarı Rauf Vəliyev bu məqsədlə 350 min manatı «gözdən çıxarıb». Bayıl təmsilçisi mövsümün qalan hissəsində neçə qələbə qazanarsa, həmin məbləğ bölüşdürüləcək.

Ümumiyyətlə, «Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Cavid Hüseynovun gəlişi münasibətilə «kisənin ağzını açıb».

Ümumi büdcəyə daha 1 milyon manat əlavə olunub.

Yeni baş məşqçi bu vəsait hesabına minimum 4 transfer əməliyyatı həyata keçirəcək. Ola bilsin, say bundan da artıq olsun. Pul varsa, niyə də yox?!

SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr