AZ

Gələn ilin dövlət büdcəsinin neçə faizi hərbi xərclərə AYRILACAQ?

“Müdafiə xərclərinin artımı ölkəmizin hüdudlarından kənarda bir çoxlarını narahat edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. 

O bildirib ki, müdafiə xərclərinin artırılması millitarist büdcə anlamına gəlmir: 

“Hərbi xərclər dövlət büdcəsinin 20,3 faizini əhatə edir. Sosial xərclər isə 41 faizini təşkil edir”. 

Günay Şahmar, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr