Azərbaycan dövləti və xalqı 2024-cü ili çox əlamətdar il kimi başa vurmaq üzrədir.
Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün keçirilən plenar iclasında deyib.
"Bu il ilk dəfə bötöv Azərbaycanda prezident seçkiləri keçirildi. Sentyabr ayında isə Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzurda Milli Məclis üçün deputatlarını seçdilər. Bu ay həm də beynəlxalq tədbir - COP29-a ev sahibliyi etdik. Azərbaycana qarşı qarayaxmalar və böhtanlara baxmayaraq, bu tədbiri uğurla başa vurduq", - deputat bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı, Qarabağın qurulması, qarabağlıları öz yurdlarına qaytarılması vəzifələr sırasındadır: "Dövlət büdcəsinin 9,7 faizinin Böyük Qayıdışa dair ayrılması nəzərdə tutulub. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin artırılması, sərhədlərin gücləndirilməsi üçün də vəsait artırılır".
Türkan İSGƏNDƏRLİ