Azərbaycan və İran hərbçiləri sərhəddə birgə hərbi təlimlərə start veriblər. Tribunainfo.az Pelikan.media-ya istinadən xəbər verir ki, təlimlər Aslandüz ərazisində “Birgə Araz” adı ilə keçirilir.
SEPAH-ın mətbuat xidməti bu barədə açıqlama yayaraq bildirib ki, təlimlər iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən reallaşdırılır. “Məqsəd ikitərəfli əlaqələri gücləndirmək, mütəşəkkil qeyri-qanuni silahlı qruplaşmalara qarşı mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta