AZ

Azərbaycan qlobal səviyyədə imcini möhkəmləndirdi - Spiker

İki gün öncə qlobal iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın sədrliyi ilə keçirilən COP29 uğurla başa çatdı. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova partlamentdə çıxışı zamanı deyib.

“COP29 Azərbaycanın qlobal iqlim problemləri ilə bağlı səyləri və verdiyi töhfələrə haqqında hələ çox danışılacaq. COP29 eyni zamanda, Azərbaycanın regional və qlobal səviyyədə imcini möhkəmləndirdi. Bu həmçinin beynəlxalq tədbir keçirmək baxımdan müsbət təcrübə idi”, - spiker qeyd edib.

Sədr bildirib ki, COP29 çərçivəsində noyabrın 16-17-də parlament görüşü də keçirildi: “Tədbirdə 67 ölkədən 95 nümayəndə heyəti, yəni 345 nəfər parlament təmsilçisi iştirak etdi. Parlament diplomatiyası yaşıl gündəliyin beynəlxalq miqyasda tətbiqində mühüm əhəmiyyət kəsb edir”.

Mürtəza
Ölkə.Az

Seçilən
8
olke.az

1Mənbələr