İsrailin baş naziri Benyamin Netanyahu Livan “Hizbullah”ı ilə atəşkəs sazişi imzalamağa razılaşıb.
News24.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Təl-Əviv “Hizbullah”la razılaşmanı təşviq etmək üçün amerikalı vasitəçi Amos Hokşteynin təklifini qəbul edib.
Qərarın bir gün əvvəl Netanyahu və bir sıra hökumət nazirlərinin iştirakı ilə keçirilən məşvərət toplantısında qəbul edildiyi bildirilir.
Anonim mənbələrə istinadən verilən məlumata görə, bir neçə gün ərzində atəşkəs elan oluna bilər.
Aynurə