AZ

İnsan saçından 200 dəfə nazik spagetti hazırlanıb


London Universitet Kollecinin britaniyalı kimyaçıları buğda unundan dünyanın ən nazik spagettisini istehsal ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Nanoscale Advances” (NanoAdv) elmi jurnalında dərc olunub.
Məlumata görə, spagettinin diametri 372 nanometrdir ki, bu da insan saçından 200 dəfə nazikdir.
Ekspertlər bildiriblər ki, yeni “məhsul” insan istehlakı üçün nəzərdə tutulmayıb, lakin elm və sənayedə geniş tətbiq sahəsinə malikdir.
Komanda elektrik yükü ilə iynənin ucundan un və qarışqa turşusu saplarının çəkilməsi prinsipinə əsaslanan elektroəyirmə texnikasından istifadə edib.
Seçilən
18
yeniavaz.com

1Mənbələr