AZ

Donald Tramp transseksuallara müharibə elan etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan dərhal sonra bütün transseksualların ölkə ordusundan qovulması haqqında fərman imzalamaq niyyətindədir.

Editor.az bildirir ki, bu barədə “The Times” mənbələrə istinadən yazıb. Donald Tramp prezident kimi ilk müddətində transseksualların orduya qoşulmasını qadağan edib, lakin artıq xidmət edənləri işdən çıxarmayıb. Onu prezident kimi əvəzləyən Co Bayden isə bu qərarı ləğv edib.

“The Times” qəzetinin mənbəsi qeyd edir ki, yeni fərman ABŞ ordusunda kadr çatışmazlığına baxmayaraq qəbul edilə bilər. “İşə qəbulu yalnız Dəniz Qoşunları korpusu yerinə yetirir. Fərmanın təsirinə məruz qalaca bəzi şəxslər çox yüksək vəzifələr tuturlar”, – mənbə bildirib.

ABŞ ordusunda transseksualların dəqiq sayı məlum deyil. 2021-ci ildə Donald Trampın ilk sərəncamı ləğv edildikdə, 1,3 milyon hərbçidən 2,2 minində cinsiyyət uyğunsuzluğu diaqnozu qoyulmuşdu. ABŞ Hərbi Assosiasiyasının rəhbəri Reyçel Branaman cinsiyyətini dəyişən əsgərlərin sayının 15 min olduğunu iddia etmişdi. “Bu (işdən çıxarılma) əhəmiyyətli maliyyə xərcləri ilə yanaşı, təcrübə və liderlik itkisi ilə nəticələnəcək ki, bərpası 20 il və milyardlarla dollar tələb edə bilər”, – Reyçel Branaman bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr