"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev klubdan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "bombardir.ru" məlumat yayıb.

Mənbəyə görə, rusiyalı mütəxəssis rəhbərliklə münaqişə səbəbindən klubdan ayrılmaq qərarı verib. Tovuz təmsilçisinin Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornı ilə danışıqlara başladığı bildirilir.  

Bu informasiyanın ardından klubla əlaqə saxladıq. Bölgə təmsilçisindən verilən məlumata görə, xəbər əsassızdır. Kurban Berdiyev öz işini davam etdirir.