AZ

Mebel sexin​in fəaliyyəti dayandırıldı - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexin​in fəaliyyəti dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata əsasən, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sexdə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur;

- obyektin ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

- bəzi hissələrdə tavan və divarlar tezalışan üzlüklə üzlənib;

- ⁠obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Seçilən
7
18
unikal.az

10Mənbələr