Bakı. Trend:
Nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarətvə iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-kartaköçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şəraityaradılması halları aşkarlanıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Bildirilib ki, həmçinin, araşdırmalar zamanı 40-a yaxınsahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı hallarımüəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlıprotokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədəqərarlar qəbul edilib.
Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olanobyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərinqəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim iliərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat,ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yolverildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiqolunur.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim edilməlidir. “İstehlakçılarınhüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraqPOS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında”Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanınınyaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.