Ötən həftə Ukraynanın hücumunda bir rus generalı və təxminən 500 Şimali Koreya əsgəri Britaniyanın \"Storm Shadow\" raketləri nəticəsində həlak olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kursk bölgəsində Putinin komanda mərkəzini və yeraltı bazasını hədəf alan hücum Britaniya raketlərinin ilk dəfə Rusiyanın daxili ərazilərini vurması baxımından əhəmiyyətlidir.
Hücumda rusiyalı general-mayor Valeri Solodçukun həyatını itirib. Vladimir Putinə sadiq 18 zabit ölüb, 18-i isə yaralanıb.
Dəqiq idarə olunan raketlər Kursk vilayətindəki Putin komandanlıq mərkəzinə və yeraltı hərbi obyektə düşüb.
Rusiya və Şimali Koreya rəsmiləri tərəfindən hələlik təsdiqlənməmiş bu itkilər Putinin cümə axşamı Ukraynanın Dnepr bölgəsinə hipersonik raket atmasının səbəbi ola bilər.
İnternetdə paylaşılan video çarxda Kursk bölgəsinə doğru uçan bir neçə raketin səsi qeydə alınıb. Regionun qubernatoru daha əvvəl iki raketin vurulduğunu açıqlasa da, raketlərin növünü açıqlamayıb.
Görüntülərin Rusiyanın yeraltı komandanlıq mərkəzinin yaxınlığında çəkildiyi və çox güman ki, gizli bunkerdə Şimali Koreya əsgərlərinin olduğu iddia edilir.