"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İqtisadi artıma yönəlmiş struktur islahatlar uğurla davam etdirilir. Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək. Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə forumları yaradılıb. Azərbaycan iqtisadiyyatı son illərdə dayanıqlı inkişaf nümayiş etdirib. Adambaşına düşən ÜDM 2019-cu ildə 4500 ABŞ dolları olduğu halda, 2024-cü ildə 7200 ABŞ dollarına çatıb“, - nazir bildirib.
Firuzə Əliyeva