AZ

"İnstaqram"da tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını öldürdü - Dəhşətli qətl

 
Ana \"İnstaqram\"da tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını boğaraq öldürüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Hindistanda baş verib.
 
Belə ki, polis kiçik qızın xəstəxanaya ölü olaraq gətirildiyi barədə məlumat alıb. İlkin müayinədə uşağın boynunda boğulma izləri aşkarlanıb.
 
Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb və uşağın yaxınları, xüsusilə də anası dindirilib. Uzun sorğu-sualdan sonra ana törətdiyi cinayəti etiraf edib və qızını boğduğunu bildirib.

Ana dindirmə zamanı ifadəsində birinci ərinin onu tərk etdiyini, daha sonra İnstaqramda Rahul adlı şəxslə tanış olduğunu deyib. O, evlənmək məqsədi ilə Dehliyə köçüb.

Qadın həmçinin polisə Dehliyə gəlməmişdən əvvəl Himaçal-Pradeşdə qohumu ilə yaşadığını və bu müddətdə uşağının cinsi istismara məruz qaldığını söyləyib.
 
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.
 
Mikayıl
Seçilən
16
32
azxeber.com

10Mənbələr