1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Cari ilin 10 ayında iqtisadi artım 4.9% artıb. Qeyri-neft-qaz sektorunda isə artım 6.8% olub".
"Qafqazinfo" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
"Müsbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir. 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya cəmi 1.7% olub. Cari ilin 10 ayında qeyri-neft-qazın ixracı 2.8 milyard dollar təşkil edib", - deyə nazir bildirib.