İngiltərə Premyer Liqasının 12-ci turunda "İpsviç Taun"la 1:1 hesablı bərabərliyə razılaşan "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hələ uzun müddət çətinlik çəkəcəyini deyib.
Fanat.Az xəbər verir ki, ESPN "qırmızı şeytanlar"ın çalışdırıcısı qismində debüt edən portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Bilirəm ki, bu vəziyyət azarkeşlərin xoşuna gəlmir. Lakin bilməlidirlər ki, hazırda biz çox sayda oyun fonunda böyük dəyişiklik dönəmindəyik. Hələ uzun müddət əziyyət çəkəcəyik və oyunları qələbə ilə başa vurmağa çalışacağıq. Bu, vaxt aparacaq. Əlbəttə, qələbələr qazanmalıyıq, amma Onana olmasaydı, bu matçtda məğlub ola bilərdik. Uşaqların cəmi iki gün məşq etmək imkanı olub. Praqmatik yanaşmalı, vəziyyəti düzgün dəyərləndirməliyik".
Nihat