AZ

“Qarabağ”la “Lion” arasında 7 qat FƏRQ

Azərbaycan çempionu “Qarabağ” bu həftə növbəti avrokubok oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”la qarşılaşacaq.

Noyabrın 28-də keçiriləcək matçdan öncə UEFA azarkeşlər arasında sorğu keçirir. Qurumun rəsmi saytında keçirilən səsverməyə qatılanlar “Qarabağ”ı daha şanslı sayır.

Onların 84 faizi təmsilçimizin qalib gələcəyini gözləyir. “Lion”un qələbəsinə isə cəmi 12 faiz inanır.

Bu, iki komanda arasında 7 qat fərq yaradıb. Digər 4 faiz isə Bakıda heç-heçə olacağı qənaətindədir.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – “Lion” oyunu saat 21:45-də başlayacaq.

İdman.biz

Məqalədə:
Seçilən
28
idman.biz

1Mənbələr