AZ

Ekspert: Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir

Ermənistan iqtisadiyyatı Rusiyaya sanksiyalardan yan keçdiyinə görə ayaqdadır

2024-cü ilin oktyabr ayının sonuna Ermənistanın dövlət borcu 12,6 milyard dollar təşkil edir. Yaxın üç il ərzində bu borcun 30%-i ödənilməlidir. Bu sözləri erməni iqtisadçı Ovannes Avetisyan qeyd edib.
O, müqayisə üçün bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi il – 2018-ci iln sonunda ölkənin dövlət borcu 6,9 milyard dollar idi. Onun sözlərinə görə, 2023-cü ildə hökumət xarici kreditlər üzrə 157,6 milyon ABŞ dolları, daxili borc üzrə isə 157,3 milyard dram faiz ödənişi həyata keçirib. Ermənistan zəif və çürüyən vəziyyəti alır deyə iqtisadçı bildirib. 

REAL partiyasının sədri, iqtisadçı ekspert, Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Ermənistanın xarici borcunun artması təxminən 2015-ci ildən davam edir:

“Hazırda həmin borcların artım tempi yüksəlib. Amma Ermənistan Rusiyaya xarici sanksiyalardan yan keçməkdə ciddi rol oynayan ölkəyə çevrilib. Bu gün Ermənistan iqtisadiyyatı Rusiyaya sanksiyalardan yan keçdiyinə görə ayaqdadır. Əgər Ermənistanın sanksiyalardan yan keçməsinə əngəllər yaradılsa və prespektivdə Rusiyaya sanksiyalar aradan qalxsa, bu rəsmi İrəvan iqtisadiyyatına çox böyük zərbə olacaq. Həmin halda Ermənistan iqtisadiyyatını daha ağır günlər gözləyəcək. Ona görə də gələcəkdə xarici borcun azalması deyil, artması gözlənilir”.
Seçilən
14
sherg.az

1Mənbələr