AZ

Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıdı

Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, məsələnin lehinə 88 deputat səs verib.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyası keçirilir. İclasa yaşca ən böyük deputat, hakim “Gürcü Arzusu” partiyasının nümayəndəsi Lado Xaxadze rəhbərlik edir. O, spiker seçilənə qədər iclası idarə edəcək.

Sessiya zalında yalnız “Gürcü Arzusu” partiyasının seçilmiş deputatları iştirak edir, bunlar arasında partiyanın lideri Bidzina İvanişvili də var. Ümumilikdə, parlamentin 88 deputatı qeydiyyatdan keçib. İclasa yalnız dövlət orqanlarının rəhbərləri və ruhaniyyət dəvət edilib.

Seçilən
20
bakivaxti.az

1Mənbələr