İndoneziyanın Sumatra adasında baş verən qəfil daşqın və torpaq sürüşmələrində 16 nəfərin həyatını itirdiyi, 6 nəfərin isə itgin düşdüyü bildirilib.Bu barədə İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) rəsmisi Juspri M. Nadeak məlumat verib.Nadeak leysan yağışların səbəb olduğu torpaq sürüşmələrinin bir çox bölgələrdə evləri uçurduğunu, təsərrüfatların dağıldığını bildirib.Təbii fəlakətlərdə 16 nəfərin həyatını itirdiyini bildirən Nadeak, ikisi uşaq olan 6 nəfərdən xəbər olmadığını qeyd edib.Nadeak axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.Səlahiyyətlilər təbii fəlakətlər nəticəsində onlarla insanın xəsarət aldığını açıqlayıb.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta