AZ

Daxili İşlər Nazirliyi Tbilisidəki aksiyanın keçirildiyi əraziyə əlavə polis qüvvələri cəlb edib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçirildiyi parlament binasına əlavə qüvvələr göndərib. Bu barədə TASS məlumat yayıb.

Bundan başqa, Daxili İşlər Nazirliyi parlamentdən bir qədər də uzaq olmayan Azadlıq meydanına su şırnaqları yerləşdirib.

Bir neçə onlarla etirazçı noyabrın 24-ü axşam saatlarından Rustaveli prospektindədir. Onlar bir gecəni parlament qarşısında gecələyiblər. Bu məqsədlə aksiya iştirakçıları Rustaveli prospektində çadırlar qurublar.

Hazırda qanunverici orqanın yaxınlığında vəziyyət sakitdir.

Yeni çağırış parlamentin ilk iclasının noyabrın 25-də keçirilməsi nəzərdə tutulub.

Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr