AZ

Bakıda falçıdan AĞILASIĞMAZ ƏMƏL: 72 min manata... / VİDEO

İlk tanışlıq günü falçı Nuridə Anastasiyanın üzünə baxan kimi onun üzərində qara qüvvələr olduğunu, dərhal təmizlənməsinin vacibliyini deyib. Qadın ilk rituallar üçün falçıya 8 min manat pul verib.

Referans.az xəbər verir ki, bununla da baxıcı onu ələ alaraq növbəti planlarını işə salıb. Sonrakı seansda falçı zərərçəkmişi elə sözlərlə aldadıb ki, ukraynalı inanıb.

O, Anastasiyaya guya Ukraynada yaşayan qohumlarını müharibə təhlükəsi gözlədiyini, onları müdafiə etmək üçün də cadular edilməli olduğunu deyib. Qorunma ritualına başlamaq üçün də xaricdən xüsusi bir güllə alınması vacib imiş. Güllənin alınması zərərçəkmişə 4 min manata başa gəlib. Bundan sonra Anastasiya Ukraynadakı yaxınlarını qorumaq məqsədilə üç ay ərzində falçıya gündəlik olaraq azı 50-100 manat məbləğində pul verib. Bu pul müxtəlif vaxtlarda günə 600-700 manat olub. Ümumilikdə falçı “mühafizəsi”ona 32 min manata başa gəlib.

Anastasiyanın sözlərinə görə, elə ovsunlanıb ki, bütün dost-tanışından da ayrılıb: “Məni elə gipnoz etmişdi ki, heç kimlə münasibət qurmurdum. Hamıdan kənarlaşmışdım. Ondan başqa kimləsə əlaqədə olmağa qadağa qoymuşdu. Hətta məni həyat yoldaşımdan da uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, sənə ölümcül cadunu elə ərin edib. Elə bir vəziyyət yaranmışdı ki, ondan tam asılı hala düşmüşdüm. Təsəvvür edin, elə etibarım yaranmışdı ki, bank kartımın kodunu onun təvəllüdünü qoymuşdum. Bundan əlavə, bütün xərclərini mən qarşılayırdım”.


Davamı video materialda:



Seçilən
302
1
referans.az

10Mənbələr