AZ

ABŞ-da məşhur şirkət Baydeni Rusiyanı təxribata çəkməkdə ittiham edib

ABŞ- ın ən məşhur özəl hərbi şirkətinin (PMC) qurucusu Erik Prins Amerika prezidenti Co Baydeni Oreşniklərin Ukraynaya zərbəsindən sonra Rusiyanı təxribat etməməyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Onun sözlərinə görə, orta mənzilli ballistik raketdən istifadə Moskvanın “istənilən yerə nüvə silahı ilə zərbə endirmək” imkanını birbaşa xatırlatmasıdır.

"Fakt budur ki, ruslar bir ballistik raket buraxdılar, onu vurmaq mümkün deyil, burada güc çox böyükdür, bu sizin oynaya biləcəyiniz bir oyun deyil!".

Bildirək ki, Rusiya prezidenti Vladimir Putin orta mənzilli “Oreşnik” raketinin buraxılması elanından sonra Rusiyanın reaksiyası ilə bağlı Qərbə edilən xəbərdarlığı aydın və anlaşılan adlandırıb. Rusiya lideri çıxışını “cavab həmişə olacaq” sözləri ilə bitirib. Sonra hər kəsə təşəkkür edərək əlavə edib: “Mənə elə gəlir ki, bu, kifayət qədər aydın və başa düşüləndir”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr