AZ

KİV: Avropa Kiyevə qoşun göndərmək müzakirələrini yeniləyib

KİV: Avropa Kiyevə qoşun göndərmək müzakirələrini yeniləyib

Avropa ölkələri Ukraynaya özəl hərbi şirkətlərdən (PMC) qoşun və ya qırıcıların göndərilməsi ilə bağlı müzakirələri bərpa edib. AFN.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən “Le Monde” qəzeti yazıb. Bildirilir ki, son həftələr Avropada Qərb qoşunlarının və özəl müdafiə şirkətlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr yenidən başlayıb. Qeyd olunur ki, bu, Donald Trampın 2025-ci il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-ın Ukraynanı dəstəkləməkdən mümkün imtina etməsi ilə bağlıdır. Nəşr iddia edir ki, danışıqlar Böyük Britaniyanın baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfərindən sonra yenidən başlayıb. Eyni zamanda, bir sıra Aİ ölkələri ilk dəfə 2024-cü ilin fevralında Parisdə Ukraynanın müttəfiqlərinin görüşündə Fransa prezidenti Emmanuel Makron tərəfindən elan edilən bu planlara qarşı çıxıb."Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukraynaya kömək etmək və Avropanın təhlükəsizliyini daha geniş şəkildə təmin etmək üzərində cəmlənmiş Avropada möhkəm müttəfiq nüvəsini yaratmaq məqsədi ilə danışıqlar aparılır", - deyə Britaniyanın adının açıqlanmayan müdafiə rəsmisi bildirib. "Le Monde" yazır ki, Fransa rəhbərliyi və respublikanın Silahlı Qüvvələr Nazirliyi Ukraynaya qoşun və ya PMC döyüşçülərinin göndərilməsinə icazə verməyib. Bununla belə, təklif bir neçə aydır müzakirə olunur.

Seçilən
32
3
afn.az

4Mənbələr