AZ

Yunan mətbuatı: Cənubi Kipr NATO-ya daxil olmağı planlaşdırır

Cənubi Kiprin NATO-ya üzvlük məqsədi ilə plan hazırladığı və bunun artıq ABŞ tərəfindən təsdiqləndiyi, gələcək prezident Trampın Cənubi Kiprin bölgədəki rolunu gücləndirmək niyyətində olduğu bildirilib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

” Qarşılaşmanın əsas məqsədi NATO-ya çatmaqdır. Bu, Vaşinqton tərəfindən artıq qəbul edilmiş ətraflı, yaxşı düşünülmüş, uzunmüddətli, çoxfazalı plandır. Planın başlanğıc nöqtəsi Kiprdəki həll prosesindəki müsbət irəliləyiş və Cənubi Kipr ilə Türkiyə arasındakı əlaqələrdə irəliləyişdir”.

Amerika strategiyasının mərkəzində olan Cənubi Kiprin regionda yeni rolunun güclənməsi Donald Trampın seçkilərdə qalib gəlməsindən dərhal sonra prezident Kristodulidesin Konqresdəki respublikaçı çoxluğun nümayəndələri ilə etdiyi təmaslarda da öz əksini tapıb. Qəzet əlavə edib ki, Kristodulides Vaşinqtondan Buxarestə gedib və Avropa Siyasi Birliyinin Sammitində NATO-nun baş katibi Mark Rutte ilə planı müzakirə edib.

Qeyd edək ki, Xristodulides oktyabrın 30-da Vaşinqtona səfər edib və bu, Cənubi Kipr prezidentinin 1996-cı ildən bəri ABŞ paytaxtına ilk rəsmi səfəri olub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr