AZ

KİV: "Minlərlə İsrail vətəndaşının məlumatları İranın əlinə keçib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran minlərlə israillinin, o cümlədən bu ölkənin təhlükəsizlik xidmətinin yüksəkvəzifəli şəxslərinin şəxsi məlumatlarını əldə edib.
"Azad İran" "Telegram" kanalı bu barədə İsrail mətbuatına istinadən xəbər verib.
Qeyd olunur ki, həmin məlumatlar İrana sözügedən şəxslərin davranışlarını və gələcək planlarını izləməyə və lazımi anda onlara zərbə vurmağa imkan verir.
Bildirilib ki, İranın kəşfiyyat orqanları həm İsrailin daxilində, həm də sərhədlərdən kənarda minlərlə israilli haqqında məlumat toplayıb. Qeyd olunub ki, son bir neçə həftə ərzində İranın kəşfiyyat xidmətləri İsrail daxilində casusları əməkdaşlığa cəlb edib və onların bəzilərinə artıq xüsusi əməliyyat göstərişi də verilib.
Seçilən
4
5
oxu.az

6Mənbələr