AZ

Piramidanın tikintisinə 5 milyard dollar tələb olunur - Foto

Piramidanın

Qədim Misirdə "Axet Xufu" kimi tanınmış Xeops ehramı "dünyanın yeddi möcüzəsi" siyahısına düşmüş, Misir hökmdarı, Firon Xeopsun dövründə tikilmiş bir abidədir. Piramida daşları təxminən 2 ton ağırlığındadır.

Reyting.az
xatırladır ki, bu böyük və möhtəşəm Xeops ehramının tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunub.

Qeyd edək ki, Misir tarixində ilk piramida Firon Coserə məxsus olub və bu piramidanın hündürlüyü 60 metrə çatıb. Ancaq ən hündür piramida Misirin fironu Xeopsa aiddir, çünki bu bənzərsiz və nəhəng piramidanın hündürlüyü 147 metrdir.

Tarixçi Herodotun yazdığından belə məlum olur ki, Xeops ehramı 20 ilə tikilib.

Piramida ərazisində əzəmətli, qayadan yonulmuş, hündürlüyü 20 metr olan insan başlı, aslan bədənli Sfinksin heykəli var. Bu cür böyük abidəni qədim misirlilər, eləcə də bir çox müasir insanlar daima ziyarət edirlər. Hətta bu bənzərsiz abidəni bəzi şəxslər qədim mənbələrdəki adı ilə - "Dəhşətlər atası" adlandırırlar.

"Öz dövrünə görə bu türbə çox bacarıqla tikilib: bloklar dəqiq şəkildə, eləcə də o qədər möhkəm düzülüb, hətta onların arasında ən kiçik boşluq belə görünmür. Üstəlik, onu da nəzərə alaq ki, qədim zamanlarda çox yüksək keyfiyyətli tikinti texnikası və indi istifadə etdiyimiz materiallar da olmayıb. Hazırda belə əzəmətli tikilini inşa etməyə az adam cəsarət edə bilər, çünki bunun üçün sərvət tələb olunur", - deyə "Səyahət, Turizm, Elm" kanalının avropalı müəllifi bildirib.

"Misir nəhəngi Xeops piramidası əhəng daşından hazırlanıb və bunun təxminən 2,5 milyon kubmetrinin alınması lazımdır. Bundan ötrü isə işə təxminən 500 milyon dollar tələb olunacaq. Bu halda, məzarın üzlənməsi tələb olunacaq və bu daha bir əlavə xərcdir. Dəqiq hesablamaya görə, buna 50 milyon dollar tələb olunur.



Piramidanın içini tamamilə qranitlə döşəmək 11,4 milyon dollara başa gələcək: qiymətə çatdırılma və emal daxildir. Biz isə bütün materialın çatdırılması dəyərini də əlavə edirik, yəni 20 milyon dolları. Nəticədə təxminən 1 milyard dollar alırıq və üstəlik, ancaq bu qiymət yalnız materialların alınmasına ödənilməlidir",- söyləyən fransalı tanınmış memar Jan-Pyerin dediyinə görə, əslində işçi qüvvəsi də artacaq, çünki ərazidə çox güman ki, 2 minə qədər fəhlə, mühəndis çalışacaq.

Memar bildirib ki, əmək haqqı ilə yanaşı, işçilərin tələb edə biləcəyi, o dövrə uyğun müxtəlif sosial müavinətləri də mütləq nəzərə almaq və hesaba daxil etmək lazımdır.

Mütəxəssislərin ehtimalları ilə tamamilə razı olan memar daha sonra qeyd edib:

"Belə bir nəhəng piramidanı tikmək üçün mütləq kranlar, eləcə də yük maşınları və digər avadanlıqlar tələb olunacaq. Bütün bunlar isə xərcləri daha da artıracaq, nəticədə ehramın tikintisi 1,5 milyard dollara başa gələcək. Əgər bu möcüzəli piramidanın layihəsi olmasaydı, biz nə ilə, harada plan cızardıq və sadəcə, görməklə möhtəşəm Xeops ehramını necə tikərdik? Bunun da cavabı var... ".

Memar Jan-Pyer xüsusi olaraq bunları da vurğulayıb:

"Mənim fikrimcə, mütəxəssislərin belə bir maraqlı mövzu ilə bağlı, piramida barədə dediklərində həqiqət çoxdur. Düşünürəm ki, tikinti məqsədilə Xeops piramidasının materiallarının miqdarını hesablaya bilən və belə bir böyük layihənin planını tərtib etməyi bacaran yüksək səviyyəli, təcrübə qazanmış ən yaxşı mühəndisləri, eləcə də memarları işə cəlb etsək, o zaman həmin peşəkarların xidmət səviyyəsinin normal qiymətləndirilməsi toplamda çox ehtimal ki, 200 milyon dollara qədər, bəlkə də bir az artıq vəsait tələb edəcək".

Beləliklə, məlum olur ki, Misir tarixinin əzəmətli möcüzəsi sayılan, Xeopsun hakimiyyəti dövründə 20 ilə inşa edilmiş, həmçinin qədimdə “Axet Xufu ehramı” adlandırılan Xeops piramidasının tikintisinə əgər müasir dövrdə başlanılsa, ümumilikdə buna 5 milyard dollara yaxın vəsait xərclənməlidir.

Oqtay QORÇU
Seçilən
8
reyting.az

1Mənbələr