Ötən gün türkiyəli məşhur aktrisa Hande Erçelin 31 yaşı tamam olub.
“Qafqazinfo” xəbər verir ki, o, doğum gününü sevgilisi, iş adamı Hakan Sabancı ilə birgə Misirdə qeyd edib.
Cütlük bununla bağlı instaqram hesablarında paylaşım edib.
Xatırladaq ki, Hande son olaraq “Bambaşka biri” serialında rol alıb.