Bakı. Trend:
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində Azərbaycana səfər edən xarici media nümayəndələrininİçərişəhərə mütəmadi səfərləri baş tutub.
Trend xəbərverir ki, qədim şəhərdə keçirilən mediaturlar “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafıAgentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı iləhəyata keçirilib.
Qeyd olunan turlar UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alanİçərişəhərin zəngin mədəni-tarixi irsi ilə bağlı qonaqlarıməlumatlandırmaq, mətbuat nümayəndələrinə Azərbaycanın geniş turizmpotensialının əhəmiyyətini vurğulamaq, eyni zamanda, COP29çərçivəsində Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq aləmdətanıdılmasına töhfə vermək məqsədi daşıyıb.
Mediaturlar Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabininheykəlinin təqdim edilməsi ilə başlayıb, bu vasitə ilə ölkəmizdəmətbuatın zəngin və dərin köklərə malik olduğu diqqətə çatdırılıb.Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlərBakının rəmzi sayılan Qız Qalası, eləcə də, Şirvanşahlar Sarayı,Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi,Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri iləyaxından tanış olublar. Qonaqlara, həmçinin, bərpa işləri,tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədiləistifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumatverilib.
Daha sonra mediaturların iştirakçıları “İçərişəhər” Ənənəviİncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür,təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıqnümunələri ilə tanış olaraq, Azərbaycan milli incəsənətininincəlikləri barədə məlumat alıblar.
Bu təşəbbüslər, Azərbaycanın mədəni irsinin dünya miqyasındadaha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunmasıvə gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərininbeynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.