"Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: " Dünyanı bərbad günə düşən iqlim böhranından qorumaq üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həyati əhəmiyyət daşıyır.
Təəssüf ki, belə tarixi missiyanı, bəşəriyyətin xilasına hesablanmış müzakirələri aşağılamaq, gözdən salmaq istəyən qüvvələr oldu. Onların bütün bəd niyyətləri əbəsdir.
Statistik rəqəmləri sadalamaq istəmirəm. Böyük bir auditoriyanl birləşdirən bu tədbir zamanı iştirakçıların çıxışlarına, çox dəqiq yanaşmalarına və yekun qərarlara nəzər salanda bu qənaətə gəlmək olar ki, COP29 təsirsiz ötüşməyəcək. İqlim böhranı yalnız bəzi regionları deyil, ümumilikdə planetin hər bir ölkəsini əhatə edəcəyi fikri bir daha təlqin edildi. Əlqərəz, iqlim böhranından, ətraf mühitin yaratdığı təhlükələrdən heç kim təcrid olunub öz ölkəsində rahat yaşa bilməz. Bu tendensiya fikirlərə hakim olmaqdadır. COP29 başa çatsa da müzakirələr davam edəcək. Heç şübhəsiz ki, orada qəbul edilmiş qərarların icrasını və zaman keçdikcə nəticəsini gözləyirik".