AZ

Dövlət Fondu işçiləri üçün sığorta xidməti alır – TENDER

İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda  işçilərin könüllü tibbi sığortalanması nəzərdə tutulub.

Qeyd edək ki, 3 illik müddətə işçilərin könüllü tibbi sığortalanması üzrə 147 nəfər işçinin 5 000 AZN məbləğində, 3 nəfər işçinin (rəhbər heyət) 10 000 AZN məbləğində könüllü tibbi sığortalanması nəzərdə tutulur.

Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti

Ehtimal olunan qiymət: 381.312,00 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 25.11.2024 11:20

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2024 10:00

Zərflərin açılış tarixi və vaxtı: 20.12.2024 10:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülzar Əliyeva, Administrativ departamentin direktor müavini - İnsan resursları qrupunun rəhbəri

Email : [email protected]

Əlaqə telefonu : (+994 12) 498 18 01 (daxili 195)

Seçilən
21
fed.az

1Mənbələr