AZ

AFFA-nın sabiq “gözaltı”sı azarkeşi “razborka”ya çağırıb

İngiltərə Premyer Liqasının XII turunun “İpsviç” – “Mançester Yunayted” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar”ın əfsanəsi Roy Kinlə azarkeş arasında qalmaqal yaşanıb.

Hazırda televiziya eksperti kimi çalışan sabiq futbolçu matçdan sonra meydanın kənarında müsahibə verib. İrlandiyalı müsahibədən sonra ona söz atan azarkeşlə “atışıb”. Vaxtilə Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan Kin fanatı “razborkaya” çağırıb: “Səni parkinqdə gözləyəcəm”.

Qeyd edək ki, 1993-2005-ci illərdə “Mançester Yunayted”in futbolçusu olan Kin 2009-11-ci illərdə “İpsviç”in baş məşqçisi kimi çalışıb. O, 2020-ci ilin yayında AFFA-nın Azərbaycan milli komandasına namizədləri siyahısında olub.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr