“Haber Türk”: Ərdoğandan Rusiya diplomatiyası
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması və sülh proseslərinə töhfə vermək üçün səyləri davam etdirəcəyini bildirib.
“Sabah”: Ərdoğandan mənalı mesaj
Prezident R.T.Ərdoğan 24 Noyabr – Türkiyə Müəllimlər Günü münasibətilə təbrik mesajı paylaşaraq deyib: “Terror təşkilatı PKK tərəfindən şəhid olan və əziz xatirələri qəlbimizdə yaşayan müəllimlər Şenay Aybüke Yalçın və Necmettin Yılmazı da yad edirik”.
“Hürriyet”: Hakan Fidan “Nüvə riski zarafat deyil” dedi
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiya ilə Qərb arasında son zamanlar artan gərginliyə diqqət çəkərək nüvə müharibəsi riskinin zarafat olmadığını söyləyib.
“Yeni Şafak”: “Gabar” nefti ilə bağlı həyəcanlı açıqlama
Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar 2024-cü ilin sonuna qədər Şırnak Qabarda neft hasilatını 70 min barelin üzərinə çıxarmağı planlaşdırdıqlarını bildirdi.
“Star”: Macarıstanın Türkiyədən başqa marşruta ehtiyacı yoxdur
Türkiyə ilə Macarıstan arasında təbii qaz müqaviləsini yeniləmək üçün çalışdıqlarını bildirən Macarıstanın xarici işlər naziri Piter Siyarto (Peter Szijjarto) “Türk axını” sayəsində alternativ marşruta ehtiyac duymadıqlarını söyləyib.