“SpaceX”in rəhbərlik etdiyi peyk internet şəbəkəsi “Starlink” heç bir dəyişiklik etmədən smartfonları DTC (Direct to Cell) peykləri ilə peyk şəbəkəsinə qoşmağa hazırlaşır.
İndex.az xəbər verir ki, “SpaceX” birbaşa mobil xidmətini inkişaf etdirmək üçün 2024-cü il ərzində fasiləsiz peyk buraxılışları həyata keçirib.
Bu xidmət mobil telefonlara birbaşa peyk bağlantısı təklif etməklə əhatə dairələrini genişləndirmək və əlaqənin davamlılığını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, bunun üçün telefonlarda heç bir dəyişiklik, proqram və s. dəyişikliklərə ehtiyac yoxdur.
2022-ci ildə “T-Mobile” ilə əməkdaşlıq çərçivəsində elan edilən bu layihə xüsusilə uzaq və əhatə olunmayan ərazilərdə ünsiyyət imkanlarını artıracaq.