AZ

İraqın əhalisi 45,4 milyon nəfərə çatdı

İraqda 37 ildən sonra noyabrın 20-də keçirilən siyahıyaalınmada əldə edilən ilk məlumatlara görə, ölkə əhalisinin 45,4 milyona çatdığını açıqlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd Şia Sudani açıqlama verib.
 
İraq 1987-ci ildən, Səddam Hüseyn prezident olduqdan sonra ilk hərtərəfli siyahıyaalma keçirib. İraqın baş naziri Məhəmməd Şia Sudani 37 ildən sonra noyabrın 20-də keçirilən siyahıyaalmanın nəticələrini açıqlayıb.
 
İraqın Statistika Komitəsi siyahıyaalmanın 2 gün çəkəcəyini və rəsmilərin məlumatları tam və dəqiq şəkildə tamamlamaq üçün hər evə üç dəfə baş çəkəcəklərini bildirib.
 
Əsasən İraq vətəndaşlarının iqtisadi və sosial həyatlarına dair məlumat bazası yaradacaq siyahıyaalmada 70 sual olacağı halda, etnik mənşə və məzhəb məlumatlarının soruşulmayacağı açıqlanıb.
 
Oksana
Seçilən
9
azxeber.com

1Mənbələr