Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yerləşən “FəratQalxanı” bölgəsində 7 terrorçunu zərərsizləşdirib.
Trend xəbərverir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyininaçıqlamasında bildirilir.
"Terrorçu haradadırsa, hədəfimiz oradır. Qəhrəman Türk SilahlıQüvvələrimiz, Suriyanın şimalında yerləşən “Fərat Qalxanı”bölgəsində aşkar etdiyi 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.Terroru mənbəyində yox etmək üçün proqnozlaşdırıla bilməyən,qeyri-adi, sürətli və fasiləsiz əməliyyatlara davam edəcəyik", -açıqlamada deyilir.