Bu ilin əvvəlindən Azərbaycanda aylıq depozit gəlirlərinin 200 manata qədər hissəsinin vergidən azad edilməsi kiçikməbləğli və uzunmüddətli əmanətlərin sayını artırıb.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında milli valyutada 30 min manata qədər əmanətlərin sayı 36 % artıb, müddəti 1 ildən çox əmanətlərin xüsusi çəkisi isə 48,8 %-dən 56 %-ə çatıb. Həm qeyd edilən dəyişiklik, həm də pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna olan inama müsbət təsir edib".
Bundan başqa, sədr deyib ki, bu il də əhalinin və biznesin maliyyəyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb: “10 ayda bank sektorunun kredit portfeli 16,8 %, o cümlədən biznes krediti portfeli 25,9 % artıb. Hazırda biznes kreditlərinin ümumi kreditlərdə payı 54 %-i üstələyir".