AZ

Türk Siyasətçi: Dünya dollardan imtinaya hazırlaşır

Fins.az - Türkiyənin Vatan Partiyasının sədr müavini Hakan Topkurulu dünyada dollara olan etibarın azalması və alternativ ödəniş sistemlərinin yaradılması ilə bağlı maraqlı açıqlama verib.

Topkurulu "RIA Novosti"yə verdiyi müsahibədə bildirib ki, Qərbin sanksiyalar siyasəti Amerikanın valyutasına güvəni sarsıdır. Bu isə ölkələri dollardan asılılığı azaltmaq yollarını axtarmağa məcbur edir.

Siyasətçinin sözlərinə görə, dollara alternativ ödəniş vasitəsinin yaradılması ABŞ-ın iqtisadi sistemini ciddi təhlükə altına sala bilər. "Alternativ vasitə yaradılmadan belə, dünya ölkələri dollardan imtina prosesinə başlaya bilər," – deyə o vurğulayıb.

Topkurulu əlavə edib ki, bu dəyişikliklər, yalnız ABŞ üçün deyil, həm də bütün Atlantik sistem üçün çətinliklər yaradacaq. Onun fikrincə, beynəlxalq ticarətdə dollardan kənarlaşma sürətlə artarsa, bu, ABŞ iqtisadiyyatının qlobal liderliyini zəiflədə bilər.

Mütəxəssislər artıq bir çox ölkənin ikitərəfli ticarətdə milli valyutalara üstünlük verdiyini və bu tendensiyanın daha da güclənəcəyini proqnozlaşdırırlar.

Seçilən
7
fins.az

1Mənbələr