Dövlət maliyyə idarəetməsindəki islahatlar davam etdirilməlidir. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Son
illər dövlət maliyyə idarəetməsində bir sıra islahatlar keçirilib. Xüsusilə
burada büdcə qaydasının və ortamüddətli xərclər çərçivəsinin tətbiqinin,
mühasibat uçotunun beynəlxalq standartlara keçid və s. qeyd etmək olar. Hesab
edirik bu islahatlar davam etdirilməlidir. İsahatların növbəti faza çərçivəsində
büdcənin əsas parametrləri, hesablama metodikası və təsnifləşməsinə yenidən baxılmasını
təklif edirik. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişiliklər
aparılmalı, və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır. Qonşu ölkələrin
bəziləri artıq bu praktikaya keçib. Hazırda büdcə təsnifatında fiskal balansın
yəni kəsirin maliyyələşmə mənbələrinin təsnifkəşməsi öz əksini tapmayıb", - sədr bildirib.
Gülməmmədov vurğulayır ki, bu
göstəricinin komponetlərindən biri də özəlləşmədən daxilolmalardır.
"Kəsrin
maliyyələşmə mənbələri vahid büdcə təsnifatı müəyyən edilməməsi, icra prosesinə
də təsirsiz ötüşməyib. Qeyri müəyyənliklərin yaranması ilə nəticələnib. Rəydə
özəlləşmədən daxilolmaların tərkibini araşdırmışıq. Bu daxilolmaların tərkibinin
bir hissəsini birbaşa gəlir parametrlə bağlı olduğunu müəyyən etmişik. Büdcə
qaydasında hesabalamaların aparılması zamanı özəlləşmədən daxilolmaların gəlir
parametrlə əlaqəli olmayan digər hissəsinin qeyri-neft daxilolmalarına nəzərə
alınması məsələsinə də baxıla bilər", - o əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az