AZ

Dövlət maliyyə idarəetməsindəki islahatlar davam etdirilməlidir - Hesablama Palatası

Dövlət maliyyə idarəetməsindəki islahatlar davam etdirilməlidir. Bunu  Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov deyib. 
 

"Son illər dövlət maliyyə idarəetməsində bir sıra islahatlar keçirilib. Xüsusilə burada büdcə qaydasının və ortamüddətli xərclər çərçivəsinin tətbiqinin, mühasibat uçotunun beynəlxalq standartlara keçid və s. qeyd etmək olar.  Hesab edirik bu islahatlar davam etdirilməlidir. İsahatların növbəti faza çərçivəsində büdcənin əsas parametrləri, hesablama metodikası və təsnifləşməsinə yenidən baxılmasını təklif edirik. Bunun üçün ilk növbədə vahid büdcə təsnifatında dəyişiliklər aparılmalı, və qabaqcıl təcrübəyə uyğunlaşdırılmalıdır. Qonşu ölkələrin bəziləri artıq bu praktikaya keçib. Hazırda büdcə təsnifatında fiskal balansın yəni kəsirin maliyyələşmə mənbələrinin təsnifkəşməsi öz əksini tapmayıb", - sədr bildirib. 
 
Gülməmmədov vurğulayır ki, bu göstəricinin komponetlərindən biri də özəlləşmədən daxilolmalardır.
 
"Kəsrin maliyyələşmə mənbələri vahid büdcə təsnifatı müəyyən edilməməsi, icra prosesinə də təsirsiz ötüşməyib. Qeyri müəyyənliklərin yaranması ilə nəticələnib. Rəydə özəlləşmədən daxilolmaların tərkibini araşdırmışıq. Bu daxilolmaların tərkibinin bir hissəsini birbaşa gəlir parametrlə bağlı olduğunu müəyyən etmişik. Büdcə qaydasında hesabalamaların aparılması zamanı özəlləşmədən daxilolmaların gəlir parametrlə əlaqəli olmayan digər hissəsinin qeyri-neft daxilolmalarına nəzərə alınması məsələsinə də baxıla bilər", - o əlavə edib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Seçilən
35
anews.az

1Mənbələr