AZ

Ən bahalı alış-veriş küçələri olan şəhərlər - Milan, İstanbul, London...

Dünyanın ən bahalı alış-veriş küçələrinin adları müəyyənləşib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərindəki Via Monte Napoleon küçəsi Nyu-York və Londonun bir sıra küçələrini geridə qoyaraq dünyanın ən bahalı alış-veriş küçəsi adını qazanıb.
 
Ötən il eyni siyahıda 38-ci olan İstanbul bu il iki pillə geriləyərək 40-cı olub.
 
Beynəlxalq daşınmaz əmlak şirkəti tərəfindən aparılan araşdırmaya görə Türkiyənin İstiqlal küçəsi isə yüksək kirayəlik mağazaları ilə dünyanın ən bahalı 40-cı küçəsi olub. Bu küçədə orta kirayə qiymətin kvadrat metr üçün 2 min 396 avro olduğu bildirilib.
 
Dünyanın ən böyük küçəsi olan və lüks brendlərə ev sahibliyi edən Milanın Via Monte Napoleon küçəsində mağaza açmaq üçün \"Gucci\"nin sahibinin 1,3 milyard avro ödədiyi məlum olub.
 
Bu, son iki ildə Avropada ən böyük daşınmaz əmlak müqaviləsi olmaqla yanaşı küçəni də siyahıda ilk pilləyə qaldırıb.
 
Aysel
Seçilən
8
azxeber.com

1Mənbələr