AZ

Milli təhlükəsizlik naziri Netanyahunun atəşkəs təklifi ilə razılaşmasını ciddi səhv adlandırıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin baş naziri Benyamin Netanyahunu Livanın atəşkəs təklifini rədd etməyə çağırıb və bunu ciddi səhv adlandırıb.

İsrailin milli təhlükəsizlik naziri bunu “X” platformasınakı paylaşımında bildirib.

O, xəbərdarlıq edib ki, atəşkəs razılaşmasını qəbul etmək İranın dəstəklədiyi qruplaşmanı məhv etmək üçün tarixi fürsəti əldən vermək deməkdir.

O, Netanyahunu döyüş komandirlərini dinləməyə çağırıb.

"Razılaşmanı dayandırmaq gec deyil. Biz tam qələbəyə qədər davam etməliyik!", - deyə o bildirib.

"Cebheinfo.az"

Seçilən
11
5
cebheinfo.az

6Mənbələr