AZ

"Şadam ki, COP29-un bir parçası da biz könüllülər olduq" - BMU tələbəsi (FOTO)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) ölkəmizin çox sayda gənci könüllü olaraq iştirak edib. Onların arasında Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də yer alıb. 

BMU-nun “Kimya-biologiya müəllimliyi” ixtisasının 4-cü kurs tələbəsi Günel Məmmədli artıq başa çatan beynəlxalq tədbirlə bağlı təəssüratlarını "Unikal"la bölüşüb. 

O bildirib ki, “Protokol Könüllüləri”nə seçilərkən hədsiz sevinib, çünki bu, mötəbər beynəlxalq sessiyanın bir parçası olmaq demək idi. Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə etimaddan, xalqımızın sahib olduğu dəyərlərə hörmətdən irəli gəlirdi və bunu bilmək hər bir gənc kimi onda da qürur hissi yaradırdı.  

Günel düşünür ki, qlobal iqlim konfransında könüllü olmaqla, təkcə texniki məsələrə kömək göstərməyib, eyni zamanda COP29-un dünyanın ekoloji təhlükələrdən qorunması üçün bütün ölkələrin birgə həyacan siqnalı çaldığı, iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə bərabər çıxış yolları axtardığı platforma olduğunu daha dərindən öyrənib. Bundan başqa, bu sessiya müstəvisində müxtəlif ölkələrin təmsilçiləri ilə qarşılaşmaq, simalarını tanımaq, onların bəziləri ilə epizodik ünsiyyətə girmək və ölkəmiz haqqında müsbət rəylərini eşitməyin gözəl və fərqli təəssüratlar yaratdığını vurğulayan BMU tələbəsi böyük bir tədbirin könüllüsü olmaqla, çox şey qazandığını deyib. 

 

Seçilən
23
49
unikal.az

10Mənbələr