AZ

Gürcüstan parlamentinə sədr seçildi

Gürcüstanın yeni seçilmiş parlamenti bu gün ilk iclasa toplaşıb. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, müxalifətion etirazlarına baxmayaraq 11-ci çağırış parlament yni sədr də seçib.

Belə ki, Şalva Papuaşvili 11-ci çağırışın ilk iclasında səs çoxluğu ilə yenidən Gürcüstanın ali qanunverici orqanının sədri seçilib.

Onun namizədliyini 88 deputat dəstəkləyib.

Parlamentin iclası bazar günü axşam saatlarında binanın qarşısına toplaşaraq bütün gecəni orada keçirən müxalifətçilərin etiraz aksiyası fonunda keçirilir.

Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu dərc edib və ona əsasən, hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb. Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və yerlərindən imtina edirlər. Müxalifətçilər nəticələri saxta hesab edərək, beynəlxalq araşdırma və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Seçilən
11
1
modern.az

2Mənbələr