AZ

Səhvən sevgilisinin milyonlarını zibilliyə atdı – FOTO

Qız səhvən sevgilisinin milyonlarını zibilliyə atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, olay Britaniyada, Uelsin Nyuport şəhərində yaşanıb.

Uelsdə yaşayan James Howells adlı şəxsin sevgilisi Halfina Eddy-Evans səhvən onun içində bitkoin olan hard diskini zibilliyə atıb.

Halfina baş verən hadisəni belə izah edib: “James özü dedi ki, zibilləri atım. Qara torbalarda bir neçə köhnə əşya var idi. Mən də zibilliyə atdım. İçində belə dəyərli bir şey olduğunu bilmirdim. İndi ümid edirəm ki, taparlar və bu mövzudan danışmağı dayandırar! Onun pulundan bir qəpik belə istəmirəm, təki sussun.”

O dövrdə Bitcoin-in bu qədər dəyərli olmadığını və hard diskindəki şifrəni unudduğunu söyləyən James Howells, hazırda bu 8.000 bitkoinin təxminən 717 milyon dollara bərabər olduğunu qeyd edib. O, hard diskin tapılması üçün Newport Bələdiyyəsinə müraciət edib, lakin bələdiyyə ətraf mühitə zərər verəcəyini əsas gətirərək axtarış işlərinə icazə vermir.

Howells bələdiyyəyə 495 milyon funt sterlinq məbləğində təzminat davası açıb və əgər hard diski tapsa, pulun 10%-ni şəhərə bağışlamağı vəd edir. O, Nyuportu “İngiltərənin Dubayı”na çevirməyi planlaşdırır.

Hadisə James-in noutbukuna meyvə şirəsi dağılması ilə başlayıb və bu səbəbdən kompüter sıradan çıxıb. O, noutbukun ehtiyat hissələrini satsa da, hard diski saxlayıb, lakin sonradan bu hard disk digər köhnə əşyalarla birlikdə zibilliyə atılıb. James, bələdiyyəni məhkəməyə verdikdən sonra 3 dekabrda keçiriləcək məhkəmə iclasını gözləyir.

Qeyd edək ki, Howells bitkoini 2009-cu ildə alıb.

Seçilən
13
4
editor.az

5Mənbələr