“Sabah” komandası baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumata verilib. Bildirilib ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Sabah” Misli Premyer Liqasında 19 xalla beşinci sırada qərarlaşıb.