AZ

Kanadalı jurnalisti Türkiyədən qovdular,o da Azərbaycanı ittiham etdi - SKANDAL

Musavat.com xəbər verir ki, Kanadalı jurnalist və analitik Nil Hauer 23 noyabrda Türkiyəyə girişinin qadağan edildiyini açıqlayıb. Jurnalist, İrəvandan İstanbula turist vizası ilə gəlmək istəsə də, hava limanında 16 saat saxlanıldığını və daha sonra geri deportasiya edildiyini bildirib. Hauer, bu qərarın səbəbləri barədə Türkiyə rəsmilərindən heç bir ətraflı məlumat almadığını qeyd edib.

Hauerin iddiaları: "Azərbaycan əli var"

Nil Hauer, giriş qadağasının onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu ehtimal edir. O, bu qərarın Türkiyə hökuməti tərəfindən Azərbaycan tərəfinin tələbi ilə verildiyindən şübhələndiyini bildirib. Jurnalist açıqlamasında qeyd edib ki, indiyədək Türkiyə haqqında nadir hallarda yazıb, lakin bu qərarın onun peşəkar fəaliyyətinə görə qəbul edildiyinə inanır.

Nil

Azərbaycan və Türkiyəyə qarşı mövqeyi

Nil Hauer, jurnalist fəaliyyəti dövründə tez-tez Azərbaycan və Türkiyəyə qarşı tənqidi mövqedə olub. O, xüsusilə Qarabağ müharibəsi zamanı Azərbaycanın hərbi əməliyyatlarını tənqid edib və Ermənistanın mövqeyini müdafiə edən materiallar yayımlayıb. Bundan başqa, Türkiyənin regional siyasəti barədə də qərəzli yanaşmalar sərgiləyib. Hauer, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığına qarşı çıxış edən bir neçə məqalə dərc edib.

Türkiyənin qərarının səbəbləri

Türkiyə hökuməti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin analitiklər, Hauerin Türkiyənin və Azərbaycanın milli maraqlarına zidd mövqelər sərgilədiyini və buna görə “arzuolunmaz şəxs” elan olunmuş ola biləcəyini ehtimal edirlər. Bu qərar, iki ölkənin regional təhlükəsizlik və milli maraqlara önəm verdiyini bir daha nümayiş etdirir.


Musavat.com

Seçilən
21
50
musavat.com

10Mənbələr